“Unibank” 2019-cu ildə aktivlərini 20,1% - 833,654 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2019-cu il tarixinə bankın kredit portfeli 450,538 milyon manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,2% - İF) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 699,058 milyon manata (artım 9,5%), müştəri hesabları 550,217 milyon manata (artım 17,8%) bərabərdir.
1 yanvar 2020-ci il tarixinə “Unibank”ın kapitalı 134,596 milyon manat (artım 2,4 dəfə), nizamnamə kapitalı 125 milyon 686,3 min manat (dəyişməyib) təşkil edir.
2019-cu ilin yekunları üzrə bankın xalis mənfəəti 78 milyon 567 min manat (artım 2,6 dəfə) təşkil edib.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. AvropaYenidənqurma və İnkişaf Bankı (AYİB) onun səhmdarlarından biridir (9%).*
N.Abbasova