Azərbaycan prezidenti İlham Əliyev əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılmasına 1,19 milyon manat ayırmağı tapşırıb.
Dövlət başçısının saytındakı məlumata əsasən, İ.Əliyev cümə axşamı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait Goranboy rayonunda 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılacaq.
Qeyd olunan işlər əhalisi 30,378 min nəfər olan 16 yaşayış məntəqəsində həyata keçiriləcək. **
N.Abbasova