Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında iki gün davam edən danışıqlar başa çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Cenevrə görüşü son illər ərzində tərəflər arasında ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdikləri gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, həmçinin münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələlərini qeyd etmək lazımdır. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov