ABŞ Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə sadiq olaraq qalır.
“ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdülər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün qətiyyətli olaraq qalır”, - deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilir.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüblər. Yanvarın 29-30-da XİN başçıları həmsədrlərin iştirakı ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparıblar.*
A.Əzizov