Rusiyanın Oktyabr elektrovaqon təmiri zavodu (“Transmaşxoldinq” SC-nin tərkibinə daxildir) Bakı Metropoliteni üçün təkər cütünün istehsalına başlayıb. Bu barədə zavoddan məlumat verilir.
“2020-ci il yanvarın 10-da 16 ədəd təkər c ütünün istehsalına dair müqavilə imzalanıb. Üç ay ərzində zavod Bakı Metropoliteni tərəfindən istismar olunan 81-717/714 modelli metro vaqonları üçün təkər cütü istyehsal edəcək. Bu işlərin icrası məqsədilə zavod tərəfindən konstruktor sənədləri tərtibb olunub, zəruri avadanlıq alınıb, personalın əlavə tədrisi təşkil olunub”, - məlumatda qeyd edilir.
avodun gücləri ayda 130 ədədə yaxın müxtəli təyinatlı (sərnişin vaqonları, yük vaqonları, metro vaqonları üçün) təkər cütünün təmiri və istehsalına imkan verir.
“Hazır təkər cütü ultrasəs və s. nəzarətdən keçirilir, bunun sayəsində istehlakçı yüksək keyfiyyətli zəmanətli məhsul əldə edir”, - məlumatda vurğulanır. **
N.Abbasova