2019-cu ildə “Expressbank” aktivlərini 14,3% - 338,638 mln. manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il dekabrın 31-nə bankın kredit portfeli 223,784 mln. manata (artım 0,7%), istehlak kreditləri – 137,459 milyon manata (artım 93%), biznesk kreditləri – 58,486 milyon manata (azalma 54,7%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 224,25 mln. manata (azalma 18,7%), həmçinin 2020-ci ilin əvvəlinə depozit portfeli – 174,22 mln. manata (azalma 25,3%), xüsusilə əhalinin əmanətləri – 142,688 milyon manata bərabərdir (artım 19,8%).
2019-cu ilin sonuna bankın kapitalı 114,388 mln. manata (azalma 4,2%) çatıb, nizamnamə kapitalı isə 112,545 mln. manat məbləğində qalıb (azalma 18%).
2019-cu ilin yekunları üzrə bankın xalis mənfəəti 2018-ci ilin yükunları üzrə 23,755 milyon manat xalis zərərə qarşı 19,12 mln. manat təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.**
Ə.Məmmədov