Polşanın Azərbaycandakı yeni səfiri Rafal Poborski Bakıya gəlib.
Polşanın səfirliyinin Facebook səhifəsində məlumat verilib ki, Poborski Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüşüb.
“Görüş çərçivəsində ikitərəfli münasibətlərin forması və dinamikasının artırılması imkanları barədə müzakirələr aparılıb”, - diplomatik missiyadan qeyd olunur.
R.Poborski etimadnaməsinin sürətini Azərbvaycan XİN başçısı, sonra etimadnaməni isə Azərbaycan prezidenti İlham Əliyevə təqdim etməlidir. **
X.Nəsirzadə