Maliyyə Sabitliyi Şurası “AtaBank”ın gələcəyini müəyyən edəcək. Bunu Azərbaycan Məkəzi Bankının İdarə Heyətinin sədri Elam Rüstəmov deyib.
“Biz likvidlik və maliyyə davamlığlı ilə əlaqədar ciddi problemlərin aşkar olunduğu bankda kompleks yoxlama apardıq. Konkret təkliflər hazırlayaraq Maliyyə Sabitlityi Şurasına göndərdik. “AtaBank” ilə bağlı qərarı Şura qəbul edəcək. Lakin biz istərdik ki, qərar tez zamanda qəbul olunsun”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Rüstəmov qeyd edib ki, bankın problemləri, ilk növbədə risklərin düzgün qiymətləndirilməməsi ilə əlaqədardır.
“Biz zamanlar bank çox sayda yüksək riskli kreditlər verib, yəni zəruri risk menecment aparılmayıb. Bu, maliyyə bazarında problemlərin olduğu dövrdə baş verib (2015-2016-cı illərdə - İF), bu da bankın mövqeyinin pisləşməsinə səbəb olub”, - bankın sədri vurğulayıb.
Həmçinin, Rüstəmov bəyan edib ki, “AtaBank”ın əmanətçilərinin bankda baş verən proseslərdən narahat olmalarına əsas yoxdur. “Bankın müştərilərinin əksəriyyətinin (fiziki şəxslərin - İF) depozitləri sığortalanıb. Sığortalanmayan az sayda əmanətlər var. Bununla əlaqədar bank rəhbərliyinə hər bir əmanətçiyə fərdi qaydada müraciət edərək əmanətlərini sığorta edə biləcəkləri barədə məlumatlandırmağı tövsiyyə etdik”, - Rüstəmov bildirib.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və 15 aparıcı bankından biridir.**
Ə.Məmmədov