«Yapı Kredi Bank Azerbaijan» QSC 2019-cu ildə aktivlərini 0,4% - 428,577 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2019-cu il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 187,252 mln. manat (artım 7,6%), həmçinin istehlak kredtləri üzrə - 47,369 milyon manat (azalma 10,1%), biznes kreditləri üzrə - 130,026 milyon manat (artım 15,7%) təşkil edib.
2019-cu ilin sonuna bankın öhdəlikləri 347,315 mln. manata (azalma 0,2%), depozitləri 320,826 mln. manata (artım 0,02%), həmçinin fiziki şəxslərin əmanətləri – 93,168 milyon manata (azalma 7,6%) bərabərdir.
2020-ci ilin əvvəlinə “Yapi Kredi Bank Azerbaijan”ın kapitalı 81 mln. 26,631 min manata (artım 3,2%), nizamnamə kapitalı 55 mln. 381 min manata (dəyişməyib) bərabərdir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3,977 mln. manat (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 26,2% - İF) təşkil edib.
“Yapi Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.**
Ə.Məmmədov