“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edir. Bu barədə ADY-nin mətbuat xidmətindən məlumat verilib.
“Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə fevralın 3-dən həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək (https://ady.az/az/news/read/1680/43)”, - deyə məlumatda bildirilir.
Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.*
X.Nəsirzadə