Rusiyanın Arxangelsk vilayətinin iş adamları 25-27 mart tarixlərində Azərbaycana gələcəklər. Bu barədə Regional İnkişaf Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
“Agentlik martın 25-27-də Bakıya biznes-missiya təşkil edəcək. Missiyanın proqramına gələcək biznes tərəfdaşları ilə tanışlıq, Arxangelsk şirkətlərinin mal, xidmət və imkanlarının təqdimatı daxildir", - deyə məlumatda bildirilir.
Bakıda Arxangelsk vilayəti ağac emalı avadanlıqlarının istehsalı ilə məşğul olan dəzgahqayırma şirkəti tərəfindən təmsil olunacaq.*
N.Abbasova