“Günay Sığorta” şirkəti 1 milyon manat məbləğində istiqrazların emissiyasını planlaşdırır.
“İstiqrazların emissiya məsələsi martın 3-də səhmdarların ümumi yığıncağında müzakirə olunacaq”, - şirkətin elanında qeyd olunur. “”
Emissiya nominalı 1 manat təşkil edən 1 min ədəd istiqraza bölünəcək.
Bundan əlavə, səhmdarlar yığıncaqda 2019-cu il ərzində mənfəətdən dividendlərin bölüşdürülməsi məsələsini müzakirə etməlidirlər.
“Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 7,7 mln. manata bərabərdir.**
A.Əzizov