Azərbaycanda ali məktəblərdən birində təhsil alan çinli tələbə tibbi yoxlamadan uğurla keçib, onda koronavirusun heç bir əlaməti aşkar olunmayıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Tələbə cari il yanvarın 12-dən 19-na qədər Çində olub. Ayın 27-si Klinik Tibbi Mərkəzə respirator infeksiya ilə müraciət edib. Nəticədə, ona dərhal tibbi yardım göstərilib. Xəstəxananın baş direktoru Ədalət Dadaşovun məlumatına görə, xəstənin vəziyyəti yaxşıdır, koronavirus aşkar olunmayıb və yaxın günlərdə evə buraxılacaq”, - məlumatda vurğulanır . **
X.Nəsirzadə