Azərbaycan Mərkəzi Bankı (AMB) Star Sığorta Agenti” MMC-yə verilmiş lisenziyanı ləğv edib.
“AMB “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq “Star Sığorta Agentliyi” MMC-nin müraciətinə əsasən Cəmiyyətə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanı ləğv edib”, - deyə AMB-nin məlumatında bildirilir.
“Star Sığorta Agentliyi” MMC-yə sığorta agenti fəaliyyətinə lisenziya 8 noyabr 2013-cü il tarixində verilmişdi.*
A.Əzizov