2019-cu ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 2 mlrd. 56,514 mln. sərnişin daşınıb ki, bu da 2018-ci ilin göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3 mln. 848,9 min nəfər (artım 35,5%), dəniz nəqliyyatı ilə 22,2 min nəfər (artım 41,4%), hava nəqliyyatı ilə 2 mln. 703,5 min nəfər (artım 12,17%), metro vasitəsi ilə 236 mln. 681,6 min nəfər (artım 2,5%) daşınıb.
Ötən il avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 831 mln. 258 min sərnişin (artım 2,6%), avtobuslarla 1 mlrd. 741 mln. 364,5 min sərnişin (artım 2,6%), taksilərlə 71,893 mln. sərnişin (artım 3,7%) daşınıb.**
N.Abbasova