Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektlərinin açılışında iştirak ediblər. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
“Həsənov hərbi hissənin ərazisindəki bina, qurğu və avadanlıqlara baxış keçirib.
Sonra Müdafiə naziri yenidən bərpa olunmuş müasir standartlara cavab verən Dalğıc Təlim Poliqonunda olub. Məruzə olunub ki, poliqon xüsusi təyinatlıların dalğıc hazırlığı üzrə normativləri və sualtı döyüşün aparılması vərdişlərini məşq etdirmələri üçün nəzərdə tutulub”, - məlumatda deyilir.
Qeyd olunur ki, xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən Həsənov tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib. **
Ə.Məmmədov