Azərbaycan prezidenti İlham Əliyev yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə əlaqədar Çin Xalq Respublikasının sədriSi Cinpinə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir. Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək”, - məktubun mətnində deyilir. **
Ə.Məmmədov