ATƏT Parlament Assambleyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 60-dan çox müşahidəçi göndərəcək.
“ATƏT PA-nın nümayəndə heyətinə 60-dan çox üzv daxil olacaq. Onlar Bakı və Azərbacanın bir sıra regionlarında seçkiləri müşahidə edəcəklər”, - “İnterfaks-Azərbaycan”a MSK-dan məlumat verilib.
ATƏT PA-nın qısamüddətli müşahidə missiyasının koordinatoru ukraynalı deputat Artur Gerasimov təyin olunub. Nümayəndə heyətinin rəhbəri Albaniyadan olan deputat Elona Hoca-Qjebreadır. **
A.Əzizov