2019-cu ildə Azərbaycanda banklar xarici valyuta ilə mübadilə əməliyyatlarının həcmini azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Ötən il kredit təşkilatları tərəfindən $2 milyard 680 milyon 553,3 min (2018-ci illə müqayisədə azalma 21,3%) və 578 milyon 721,4 min avronun (azalma 12,5%) satışı həyata keçirilib.
2019-cu ildə banklar əhalidən xarici valyutanın alış həcmini də azaldıb. Xüsusilə banklar tərəfindən $1 milyard 828 milyon 960,5 min (azalma 10,2%) və 217 milyon 814,8 min avro (azalma 28%) alınıb.
2019-cu ildə dolların orta mübadilə məzənnəsi 1,7 AZN/$1 (2018-ci ilin göstəricisi ilə eynidir), avronun - 1,9036 AZN/1EUR (2018-ci ildə 2,0093 AZN/1EUR) təşkil edib.
2018-ci ildə banklar dolların satışını 93,6%, alışını 17,5% artırıb.*
Ə.Məmmədov