Rəsmi Bakı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiya prosesini yaxın 2-3 ildə başa çatdırmağı nəzərdə tutur. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.
“Bu işlər çərçivəsində tərəflər arasında tam anlaşma mövcuddur. Azərbaycan ilə Rusiyanın sərhədlərinin demarkasiyasının uğurla başa çatdırılması üçün hər hansı maneə yoxdur. İki ölkə arasında dövlət sərhədinin demarkasiya prosesinin yaxın 2-3 ildə tam başa çatdırılması gözlənilir”, - deyə o bildirib.
Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın sonuncu iclası 27-29 noyabr 2019-cu il tarixlərində Moskvada keçirilib. İclasda tərəflər 2020-ci il üçün İş Planını təsdiq ediblər.*
A.Əzizov