1 yanvar 2020-ci il tarixində Bakı sakinlərindən cəlb olunan əhalinin bank əmanətləri 7 mlrd. 810,839 mln. manat təşkil edir, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
1 yanvar 2020-ci il tarixinə AMB-nin məlumatına əsasən, əhalinin bütün bank əmanətlərinin 90,4%-i Bakı sakinlərinin payına düşüb.
2019-cu ildə paytaxtda əhalidən əmanətlər illik orta hesabla 3,7% dərəcə ilə qəbul olunub, respublika üzrə bu göstərici 3,8% təşkil edib.
Ümumilikdə, paytaxt sakinləri xarici valyutada əmanətlərə üstünlük verirlər. Əmanətlərin 4 mlrd. 371,557 mln. manatı (Bakı üzrə bütün əmanətlərin 56%-i) onların, 3 mlrd. 439,282 mln. manatı milli valyutada əmanətlərin payına düşüb (44%). Paytaxtda əhalidən xarici valyutada banklar tərəfindən illik orta hesabla 1,7% dərəcə, milli valyutada illik 6,2% dərəcə ilə əmanətlər qəbul olunub.
1 yanvar 2020-ci il tarixinə banklar regionlarda əhalidən 827,077 mln. manat məbləğində əmanətlər cəlb olunub, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 23,9% çoxdur.
Regionlarda Abşeron iqtisadi rayonun əhalisi pulları banklarda saxlayır. 1 yanvar 2020-ci il tarixinə Abşeron iqtisadi rayonunda əhalinin banklarda əmanətləri illik orta hesabla 5,6% dərəcə ilə 2551,479 mln. manat təşkil edir.
Gəncə-Qazax iqtisadi rayonun sakinləri 168,896 mln. manat (illik orta hesabla 5,6% dərəcə ilə), Aran iqtisadi rayonun sakinləri 148,564 mln. manat məbləğində əmanətlər cəlb ediblər (illik 4% dərəcə ilə).
Qalan əmanətlər digər qitisadi rayonların sakinlərinin payına düşüb. **
Ə.Məmmədov