2020-ci il fevralın 3-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $63,3 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il fevralın 3-dək 107 mln. 345,468 min manat (cari məzənnə ilə $63,1 mln.-a yaxın), $213,578 min, 17,566 min avro və 5 min rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
X.Nəsirzadə