Azərbaycan 2020-ci ildə elektrik enerjisinin generasiyası üzrə “itirilmiş” təxminən 400 MVt gücü bərpa etməyi planlaşdırır. Bunu prezident İlham Əliyev deyib.
“2019-cu ildə biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal 2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Bu proses davam edir. Bu il də təqribən həmin rəqəm səviyyəsində generasiya gücü bərpa olunacaq”, - Əliyev bazar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib..
O, həmçinin xatırladıb ki,hazırda Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. 2019-cu ilin yekunları üzrə elektrik enerjisi ixraclndan daxilolmalar $60-65 milyon təşkil edib.
Xəbər verildiyi kimi, “Azərenerji” ASC 2018-ci ilin sentyabr ayından “Peabilitasiya Proqramı”nın realaşdırlmasına başlayıb. Proqram Azərbaycanda 12 elektrik stansiyasını əhatə edir. Reabilitasiya proqramı çərçivəsində ümumilikdə 1000 meqavata yaxın “itirilmiş” gücün bərpa edilməsi nəzərdə tutulub
Reabilitasiya proqramının dəyəri 560 mln. manatdır.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub.
Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.
Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.**
N.Abbasova