2020-ci ildə Azərbaycanda biznesin güzəştli kreditləşməsinin həcmi 200 milyon manata yaxın təşkil edəcək, kiçik və orta sahibkarlığın kreditləşməsi prioritet olmalıdır. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanda, ilk növbədə prezident tərəfindən sahibkarlığın inkişafına böyük diqqət ayrılır. Lakin biz istəyirik ki, sahibkarlar düzgün işləsinlər, vergiləri ödəsinlər və daha heç kəsə heç bir ödəniş etməsinlər. Əgər sahibkarlardan kimsə əsassız pul tələb edirsə, dərhal mənə, Prezident Administrasiyası, Nazirlər Kabinetinə məlumat verin. Sahibkarlar vergiləri tam həcmdə ödəməlidirlər, vəssalam”, - Əliyev bazar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə biznesin güzəştli kreditləşməsinin həcmi (Sahibkarlığın İnkiçşafı Fondu xətti ilə - İF) 200 milyon manata yaxın təşkil edəcək (2019-cu ildə - 175 milyon manat olub). “Ümumilikdə, indiyədək dövlət vəsaitindən biznesin güzəştli kreditləşməsinin hıcmi 2 milyard manatı ötüb”, - prezident əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, kiçik və orta sahibkarlığın kreditləşməsini genişləndirmək lazımdır, çünki bu ölkədə ÜDM-in həcminin artırılması üçün vacibdir.
Həmçinin, Əliyev özəl bankları biznesi fəal kreditəşdirməyə çağırıb. “İstehlak kreditlərinə deyil, biznes kreditlərinə üstünlük verilməlidir. Özəl banklar biznes kreditləri üzrə dərəcələri azaltmalıdır. 2019-cu ildə AMB uçot dərəcəsini azaldıb, bu tendensiya 2020-ci ildə də davam edir. Bu səbəbdən banklar da kreditlər üzrə dərəcələri azaltmalıdır. Dövlət onlara şərait yaradır, buna görə banklar iqtisadi artıma şərait yaratmalıdır. Mərkəzi Banka və Nazirlər Kabinetinə tapşırıram ki, vəziyyəti nəzarət altında saxlasınlar, daima monitorinqlər keçirsinlər, biznes kreditləşməsi ilə bağlı vəziyyət barədə məni məlumatlandırsınlar”, - o qeyd edib.
Prezident banklar tərəfindən kreditlərin verildiyi zaman əmlakın girov qoyulması ilə bağlı məsələnin həllini tapşırıb. “Bu, ilk öncə regionlara aiddir, burada banklar kreditə girov olaraq Bakıdakı əmlakı tələb edirlər. Bu qəbuledilməzdir”, - Əliyev vurğulayıb. **
A.Əzizov