2021-ci ildə ASAN Xidmət mərkəzlərinin sayı 27-ə çatacaq. Bunu prezident İlham Əliyev deyib.
“Hazırda Azərbaycanda 16 ASAN Xidmət mərkəzi fəaliyyət göstərir. 2020-ci ildə daha 5 mərkəz istifadəyə veriləcək. Bundan əlavə, daha 6 mərkəz inşa etməyi planlaşdırırıq, bu da 2021-ci ildə 27 ASAN Xidmət mərkəzindən ibarət şəbəkəyə malik olmağa imkan verəcək”, - Əliyev bazar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə açılması planlaşdırılan 6 mərkəzdən ikisi Bakıda fəaliyyət göstərəcək. Beləliklə, Bakıda ASAN Xidmət mərkəzlərinin sayı 7-ə çatacaq.
“Bundan əlavə, Gəncədə ikinci və Sumqayıtda ikinci mərkəz inşa olunacaq. O cümlədən, Lənkəran və Salyanda mərkəzlər tikiləcək”, - prezident Əliyev deyib. **
A.Əzizov