Bu gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu şəxslərdə koronavirusun simptomları aşkar edilməyib.
Onlar Çində təhsil alan Azərbaycan vətəndaşlarıdır.
“Bu vətəndaşlar Bakıya tranzit aviareyslərlə İstanbul və Moskvadan gəliblər. Onların vəziyyəti normaldır, heç bir şikayətləri yoxdur. Karantin müddəti bitənə qədər həkim nəzarəti altında olacaqlar”, - deyə məlumatda bildirilir.
Bu günədək Azərbaycanda koronavirusa yoluxma halları qeydə alınmayıb.*
A.Əzizov