2020-ci il yanvarın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 340,8 milyon təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, bu ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları $82,8 milyon və ya 1,3% artıb.
2019-cu ildə AMB-nin valyuta ehtiyatları 11,2% artıb.*
Ə.Məmmədov