Rusiyanın “Azimut” aviaşirkəti 2020-ci il martın 30-dan Rostov-Bakı marşrutu üzrə uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
“Reyslər həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Rostovdan uçuş saat 07:00-da, Bakıya gəliş 10:05-də, Bakıdan uçuş saat 11:05-də, Rostova eniş 12:20-də həyata keçiriləcək. Hər bir aeroport üçün yerli vaxt göstərilib”, - deyə məlumatda bildirilir.
Biletlərin qiyməti 15 avrodan (rüsum daxil deyil) başlayır.*
N.Abbasova