Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlunun iki ölkə arasında münasibətlərin möhkəmlənməsində töhfəsini qeyd edib.
Baş nazir səfirin 75 illik yubileyi münasibətilə ona təbrik teleqramı ünvanlayıb.
“Bu gün siz Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri postunda ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verirsiniz”, - RF hökumətinin saytında dərc olunan teleqramın mətnində deyilir.
Həmçinin, Mişustin Bülbüloğlunun mahnılarının milyonlarla dinləyicilər arasında populyarlığını vurğulayıb.
Mişustin əlavə edib ki, Bülbüloğlu dəfələrlə mövqelərini müdafiə edən və düşünülmüş qərarlar qəbul etmək bacarığını nümayiş etdirərək özünü dövlət və ictimai xadim kimi təsdiq edib. **