2019-cu ildə Kürdəmir rayonunda özəl sahəyə 79,2 milyon manat investisiya qoyulub. Bu barədə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verib.
“Rayonda sahibkarlara yaradılmış münbit şərait nəticəsində 2019-cu ildə ümumilikdə özəl sahəyə 79 milyon 20 min manat investisiya qoyulub, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlarımıza 7 milyon 947 min manat güzəştli kredit verilib”, - deyə o, fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
İcra başçısının sözlərinə görə, hazırda rayonda məşğulluqla bağlı problemlərin həlli istiqamətində iş aparılır, aqroparklar və iri fermer təsərrüfatları yaradılır. 14 min 917 hektar sahədə dörd aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il ümumi sahəsi 4446 hektar olan bitkiçilik sahəsi üzrə ixtisaslaşmış iki aqroparkda işlər başa çatdırılıb, daha iki aqroparkda layihələndirmə və tikinti-quraşdırma işləri aparılır”, - deyə C.Cəfərov vurğulayıb.*
X.Nəsirzadə