"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasında dəyişiklik olub. Bu barədə “İnterfaks-Azərbaycan”a ASA-dan məlumat verilib.
“ASA-nın ümumi yığıncağında 2019-cu ildə fəaliyyət, həmçinin Müşahidə Şurasında dəyişikliklər müzakirə olunub. Belə ki, Müşahidə Şurasında "AXA MBask" Sığorta Şirkətini"Qala Sığorta" ASC əvəz edib”, - ASA-dan bildirilib.
Həmçinin, məlumat verilib ki, yığıncaqda 2020-ci il üçün tədbirlər planı müzakirə olunub.
“Vurğulanıb ki, ASA-nın əsas təşəbbüsü qanunvericilik və maarifləndirmə tədbirlərinin davam etdirilməsi olacaq. Həmçinin, ASA Assiosiasiyanın tərkibindən çıxarılan sığorta vaistəçiləri ilə yeni əməkdaşlıq formasına dair qərar qəbul edib”, - məlumatda deyilir. **
Ə.Məmmədov