Xarici İşlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Polşanın Bakıdakı yeni səfiri Rafal Poborskini qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
Poborski etimadnaməsinin surətini Məmmədyarova təqdim etdi.
“Görüş zamanı tərəflər Azərbaycan və Polşa arasında iqtisadi, ticarət, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər. Həmçinin tərəflər əməkdaşlığın humanitar aspektlərini müzakirə etdilər”, - XİN-dən qeyd olunur.
Nazir E.Məmmədyarov R.Poborskini təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi. **
X.Nəsirzadə