Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilir.
Qərara əsasən, tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən minik avtomobilləri 7 il müddətinə gömrük rüsumundan azad edilib.
Bu qərar 1 mart 2020-ci il tarixindən qüvvəyə minir. **
Ə.Məmmədov