Rusiyadan olan turistlər 4-7 gün müddətinə Azərbaycana səfər etməyə üstünlük verirlər. Bu barədə “İnterfaks-Azərbaycan”a turizm bazarındakı mənbə məlumat verib.
2019-cu ildə 3,17 milyon əcnəbni vətəndaş Azərbaycana səfər edib, bunların 2 milyon 863,531 min nəfəri turizm məqsədi, qalanı digər məqsədlə ölkəyə səfər edib.
Həmçinin, hesabat ili ərzində Rusiyadan 840,618 min nəfər və ya bütün turist axınının 29,3%-i turizm məqsədilə Azərbaycana səfər edib.
Bundan əlavə, 2019-cu ildə 600,685 min Gürcüstan, 291,931 min nəfər – Türkiyə, 237,989 min nəfər – İran, 103,691 min nəfər Səudiyyə Ərəbistanı vətəndaşı turizm məqsədilə Azərbaycana səfər edib.
Azərbaycana daha çox istirahət, əyləncə məqsədilə turistlər gəlib, onlarlın sayı 1, 164 milyon nəfər və ya turistlərin ümumi sayından 40,6% təşkil edib. Ötən il Azərbaycana işgüzar məqsədilə 850,507 min nəfər, qohumlara, dostlara baş çəkmək məqsədilə 719,858 min nəfər, qalanı digər məqsədlə gəlib.
Rusiyalılar daha çox Azərbaycana istirahət, əyləncə məqsədilə (179,605 min nəfər) və qohumlara, dostlara baş çəkmək məqsədilə (239,073 min nəfər) səfər ediblər.
Gürcüstan vətəndaşları daha çox Azərbaycana işgüzar məqsədlə (179,605 min nəfər) və qohumlara, dostlara baş çəkmək məqsədilə (239,079 min nəfər) səfər ediblər.
Mənbənin məlumatına görə, əcnəbi turistlər 4-7 gün müddətinə Azərbaycana səfər etməyə üstünlük verirlər (1 milyon 230,358 min nəfər və ya ümumi turist axınının 43%-i).
1-3 gün müddətinə 793,316 min nəfər, 8-14 gün müddətinə - 380,661 min nəfər səfər edib.
Həmçinin, ötən il Rusiyadan 423,585 min turist 4-7 gün, 172,306 min turist – 1-3 gün, 120,118 min turist – 8-14 gün müddətinə Azərbaycana səfər edib. Ötən il bu üç meyar üzrə ruisyalı turistlər lider olublar.
Gürcüstan vətəndaşları əsasən 4-7 gün müddətinə (210,32 min nəfər), Türkiyə vətəndaşları – 1-3 gün (101,008 min nəfər), İran vətəndaşları – 4-7 gün (110,346 min nəfər), Səudiyyə Ərəbistanı vətəndaşları – 4-7 gün (51,542 min nəfər) Azərbaycana səfər etməyə üstünlük veriblər.
Eyni zamanda, 2019-cu ildə Şərqi Avropa və ABŞ-dan olan turistər 1-3 gün müddətinə Azərbaycana səfər etməyə üstünlük veriblər. Xüsusilə, 10,388 min ABŞ vətəndaşı, 11,648 min – Almaniya vətəndaşı, 4,5 min – Fransa vətədaşı, 14,375 min – Böyük Britaniya vətəndaşı, 3,155 min – Hollandiya vətəndaşı bu müddətə səfər edib.
Çin, Türkmənistan vətəndaşları 1-3 günlük Azərbaycana səfər etməyə üstünlük verirlər.
O cümlədən, rusiyalılar Azərbaycanda olduqları dövrdə xərclər üzrə (nağd vəsait nəzərə alınmadan - İF) birinci yerdədirlər. Xüsusilə, 2019-cu ildə onlar 590,2 milyon manat vəsait xərcləyiblər ($347 milyon).
Ötən il Səudiyyə Ərəbistanından olan turistlər Azərbaycanda təqribən 268 milyon manat ($157,6 milyon), Türkiyə vətəndaşları – 295 milyon manat ($173,5 milyon), İran vətəndaşları – 229 milyon manat ($134,7 milyon) və Gürcüstan vətəndaşları – 228,4 milyon manat ($134,7 milyon) xəcləyiblər.
2019-cu ildə ən qənaətcil Moldova ($2,6 milyon), Cənubi Koreya ($8,3 milyon) və Fransadan olan turistlər olub ($9,9 milyon). **
X.Nəsirzadə