Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Mövlud Çavuşoğlu “Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə” orden ilə təltif edilib. **
A.Əzizov