Prezident İlham Əliyev Gürcüstanla dövlət sərhədinədək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, 30 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində 17,6 milyon manat ayrılır.*
X.Nəsirzadə