“Aztelekom” MMC ayrılmış xəttin tikintisinə 1 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, “Aztelekom” qeyd olunan işlərin icrasına dair “Azrabitə Servis” MMC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 976 min 845,37 manatdır.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.**
N.Abbasova