Maliyyə Nazirliyi 2021-ci il dövlət büdcəsi layihəsinin hazırlığı üzrə işə başlayıb. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2021-ci il dövlət büdcəsi və ümumi büdcə layihələrinin hazırlanması üzrə tədbirlər planı təsdiq olunub. Bu plan 39 maddədən ibarətdir”, - Şərifov nazirliyin kollegiya iclasında bildirib.
Bundan əlavə, Şərifovun sözlərinə görə, nazirlik yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyət planı təsdiq olunub.
“Maliyyə Monitorinqi Xidmətinə büdcə vəsaitinin istifadəsinə nəzarəti gücləndirilməsinə dair konkret tapşırıqlar verilib, 2020-ci il üçün fəaliyyət planı təsdiq olunub”, - nazir qeyd edib. **
Ə.Məmmədov