Azərbaycan prezidenti İlham Əliyev ölkənin Dünya Bankı (DB) Qrupuna daxil olan Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının kapitalının artırılmasında iştirakına dair sərəncam imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
“Maliyyə naziri Samir Şərifov və ədliyyə naziri Fikrət Məmmədova BİYB-nin əlavə 505 səhminin satın alınmasına dair səlahiyyətlər verilib. Əlavə səhmlərin alınması Azərbaycana bankda öz payını və 0,13% səviyyəsində səs hüququnu saxlamağa imkan verəcək”, - nazirlikdən qeyd olunub.
Hazırda Azərbaycan BİYB-nin 2,371 min səhminin sahibidir. Beləliklə, səhmlərin sayı 2,876 minə qədər artacaq.
BİYB Dünya Bankı Qrupuna daxildir. Azərbaycan 1992-ci ildən etibarən DB-nin üzvüdür. İndiyədək bank tərəfindən Azərbaycana 54 layihənin reallaşdırılmasına $3,4 milyard ümumi məbləğdə kredit ayırıb. **
Ə.Məmmədov