Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bu gün Bakıya işgüzar səfəri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadikovla beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə edib.
"Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, habelə hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı aktual məsələləri, o cümlədən müdafiə idarələrinin Xəzərdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər və əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını təsdiq ediblər", - deyə Rusiya Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiyalar Departamentindən bildirilib.
Qeyd edək ki, daha əvvəl V.Gerasimov prezident İlham Əliyev tərəfindən qəbul edilib.*