Azərbaycan prezidenti İlham Əliyev Van bölgəsində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - Azərbaycan liderinin saytında dərc olunan başsağlığı məktubunun mətnində deyilir. **
X.Nəsirzadə