Prezident İlham Əliyev hesab edir ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin Bakı görüşü səmərəli olacaq və regionda sülh və sabitliyə xidmət edəcək.
“Çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir. Biz görüş yeri kimi Bakını seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq. Düşünürəm ki, bu, çox doğru seçimdir. Eyni zamanda, bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik”, - deyə dövlət başçısı bu gün T.Volterslə görüşdə bildirib.*