Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün tədbirlərə 1,26 milyon manat ayırmağı tapşırıb.
Dövlət başçısının saytındakı məlumata əssaən, İ.Əliyev cümə axşamı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılacaq.
Qeyd edilən tədbirlər əhalisi 116539 nəfər olan 15 yaşayış məntəqəsində həyata keçiriləcək. **
Ə.Məmmədov