Cümə axşamı Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters böhran bölgələrində vəziyyəti və hərbi insidentlərin qarşısının alınması məsələlərini müzakirə ediblər. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.
Son zamanlar Bakı Rusiya və NATO Ali hərbi komandanlıqları arasında danışıqların keçirildiyi yerə çevrilib.
Gerasimov və Volters 2019-cu il iyulun 10-da Bakıda görüşüblər. Onlar Əfqanıstan və Suriyadakı vəziyyəti, həmçinin hərbi insidentlərin qarşısının alınması məsələlərini müzakirə ediblər. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilib.
2019-cu il noyabrın 29-da Bakıda Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Stüart Pi arasında gərüş keçirilib. **