“Aqrolizinq” ASC cəmiyyətin balansında olan avtomobillərin KASKO sığortası üzrə sığorta şirkəti seçir.
“Seçim kotirovka sorğusu üsulu ilə keçirilir. Şirkətlərdən təkliflər 11 fevral saat 18:00-dək qəbul olunur”, - “İnterfaks-Azərbaycan”a cəmiyyətdən bildiriblər.
Təkliflərin qiymətləndirilməsi fevralı 12-də baş tutacaq.
Hazırda “Qala Sığorta” “Aqrolizinq”in balansında olan avtomobillərin KASKO sığortası üzrə xidmətlər göstərir.
“Aqrolizinq” 2004-cü ilin oktyabr ayında təsis olunub və KTN-nin strukturuna daxildir. **
Ə.Məmmədov