Dövlət Turizm Agentliyi (DTA) «RYS Enerji Layihə» MMC-ni layihə-smeta sənədlərinin hazırlanmasına cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “RYS Enerji Layihə” MMC ilə “Basqal” tarixi-mədəniyyət qoruğunda elektrik təchizatı şəbəkəsinin yenidən qurulması üzrə işlərin layihə-smeta sənədlərinin hazırlanması haqqında müqavilə bağlanıb.
Müqavilənin dəyəri 80,49 min manatdır.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Prezident İlham Əliyev 3 fevral 2018-ci il tarixində Dövlət Turizm Agentliyi tərəfindən qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrinin, eləcə də onun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflərin hazırlanması haqqında sərəncam imzalayıb.*
X.Nəsirzadə