2019-cu il delabrın 31-nə Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqlarının ümumi aktivləri 359,2 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
Eyni zamanda, ötən ilin sonuna BOKT-ların aktivləri 342,6 milyon manat, kredit ittifaqlarının – 16,6 milyon manat təşkil edib.
2020-ci il yanvarın 1-nə BOKT-ların krdeit portfeli 268,8 milyon manat, kredit ittifaqlarının – 14,9 milyon manat təşkil edib.
Ötən ilin sonuna BOKT və kredit ittifaqlarının kapitallaşması 151,3 milyon manat təşkil edib, bunun 141,2 milyon manatı BOKT-ların kapitalının payına düşüb.
2020-ci ilin əvvəlinə BOKT-ların öhdəlikləri 201,4 milyon manata, kredit ittifaqlarının – 6,5 milyon manata bərabərdir.
Tənzimləyicinin məlumatına görə, 2019-cu ildə BOKT-ların xalis mənfəəti 14,8 milyon manat təşkil edib, həmçinin kredit ittifaqları ili 0,7 milyon manat zərərlə başa vurublar.
2019-cu il dekabrın 31-nə Azərbaycanda 90 BOKT, həmçinin 45 kredit ittifaqı fəaliyyət lisenziyasına malik olub. 11 BOKT-da xarici kapital var.
Ümumilikdı, 2019-cu ilin sonuna BOKT-ların 217 filialı var, bu seqmentdə 2,127 min nəfər çalışır. **
Ə.Məmmədov