Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və operatorları üçüncü şəxslər qarşısında məsuliyyətlərini sığortalayacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
“Hazırda Azərbaycanda turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və turistlərin məmnuniyyətinin təmin edilməsi əsas məqsəd olaraq qarşıya qoyulub. Bununla əlaqədar “Turizm haqqında” qanun layihəsi hazırlanıb. Bu qanun layihəsində əsas şərtlərdən biri turizm agentləri və operatorlarının mülki məsuliyyətinin sığortasıdır”, - deyə məlumatda bildirilir.
Sözügedən məsələ Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələri ilə görüşdə müzakirə olunub.
“Görüşdə bu sığorta məhsulunun tətbiqinin faydaları, mümkün risklər və problemlər müzakirə mövzusu olub”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov