Bu gün Azərbaycanda seçkiqabağı “sükut günü” başlayıb.
Respublika qanunvericiliyinə əsasən, saat 8.00-dan seçkiqabağı təşviqatın aparılması başa çatıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün mətbuat konfransı keçirəcək. Mətbuat konfransında seçki kampaniyasına yekun vurulacaq.
Seçkilərdə rekord sayda - 1315 namizəd iştirak edir. Onlar parlamentdə 125 yer uğrunda mübarizə aparacaqlar.
Deputatlar 5 il müddətinə seçilir.*
N.Abbasova