Bu gün Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
“FHN-in "112" qaynar telefon xəttinə Heydər Əliyev prospekti ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub”, - deyə məlumatda bildirilir.
Yerli KİV-lərin məlumatına görə, yanğın elektrik xətlərində qısaqapanma nəticəsində baş verib. 40 mənzildən ibarət binanın sakinləri təxliyə olunub.*
X.Nəsirzadə